Gürcüstan milli komandasının qolkiperi Giorgi Mamardaşvili karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "Valensiya" rəhbərliyi gürcü qolkiperin satışından 49 milyon avro gəlir əldə etmək istəyir.
2022-ci ilin yanvarda "Dinamo"dan (Tbilisi) "Valensiya"ya keçən Mamardaşvilinin xidmətində İtaliya A seriyasının bir çox klubları maraqlıdır.
Onlardan biri də uzun illərdən sonra A seriyasına qayıdan "Komo"dur.
Ötən mövsüm La Liqada 37 oyun keçirmiş Mamardaşvilinin yeni sezona hansı klubda başlayacağı AVRO-2024-dən sonra bəlli olacaq.
saytlarin hazirlanmasi