Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun Bakıya gələcəyi tarix bəllidir.
Sportal.az saytına verilən məlumata görə, portuqaliyalı məşqçi iyulun əvvəlində Bakıda olacaq.
Təcrübəli mütəxəssislə birlikdə həmçinin iki köməkçisi və ailələri də paytaxtımıza gələcək.
Onların arasında millimizin baş məşqçisinin əsas köməkçisi olan Rikardo Santuşun da adı var. Məşqçilərin hamısı ailələri ilə birlikdə Bakıda yaşayacaq. Daha iki köməkçi, o cümlədən Azərbaycanda olması zəruri görülməyən analitik isə yalnız təlim-məşq toplanışı zamanı Bakıya uçacaq.
Santuş və köməkçiləri isə yerli klubların işi ilə yaxından tanış olacaq, Azərbaycan komandalarının avrokubok görüşlərini canlı izləyəcək.
saytlarin hazirlanmasi