İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem AVRO-2024-ün 1/8 finalında Slovakiya ilə oyundakı vurduğu bərabərlik (2:1) qolunu xatırlayıb.
Sportal.az “Metro”ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçu həmin anları bu cür şərh edib:
"Düşünürəm ki, adrenalin yüksək idi. Amma bu, çox şeyin birləşməsidir. İngiltərə üçün oynamaq gözəldir, amma eyni zamanda çoxlu təzyiq var, insanların çoxunun sənə "zibil" dediyini eşidirsən. Nəticə gətirəndə bir az cavab verə bilsəniz, xoşdur. Mətbuat konfranslarında, müsahibələrdə futbolçuların istədiyi qədər açıq danışması çox çətindir. Çünki onlar həmişə mühakimə olunurlar. Meydanda olmaq, qol vurmaq və onu bayram etmək mənim emosiyalarımı üzə çıxarmaq üsuludur. Bəlkə də bu mesaj bir neçə nəfərə ünvanlanıb. Amma bu, mənim üçün adrenalinlə dolu çox xoşbəxt an idi".
Əlavə edək ki, İngiltərə 1/4 finalda İsveçrə yığması ilə qarşılaşacaq. Həmin matç iyulun 6-da keçiriləcək və oyuna 20:00-da start veriləcək.
saytlarin hazirlanmasi