İtaliyanın "Kalyari" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Davide Nikola çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtalyan mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Davide Nikola son olaraq "Empoli"ni çalışdırıb. 51 yaşlı məşqçi "Kalyari"də Klaudo Ranyerini əvəz edib.
saytlarin hazirlanmasi