AVRO-2024-də İngiltərəyə məğlub olaraq mübarizəni dayandıran İsveçrə millisinin baş məşqçisi Murat Yakın oyunla bağlı fikirlərini bildirib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Yakın üzüntüsünü gizlətməyib:
"Çox üzgünük. Bu qədər güc qoyduq, çoxlu epizodlar yaratdıq. Uşaqlara görə də üzülürəm, ölkəmizə görə də... İngiltərənin elə də çox qol şansları olmadı. Biz turniri tərk etməyə layiq deyildik. Penaltilər şans məsələsidir, o da bu gün yanımızda deyildi.
Özümüzlə fəxr edə bilərik. Böyük komandalara çox problemlər yaşatdıq. Avropa çempionatını başı uca tərk edirik"
saytlarin hazirlanmasi