Qazaxıstan milli komandasının baş məşqçisi Stanislav Çerçesov iyunda Azərbaycan (2:3) və Ermənistanla (1:2) keçirdikləri iki yoldaşlıq oyunu ilə bağlı təəssüratlarını bölüşüb.
Sportal.az xəbər verir ki, “SPORT+” telekanalına danışan rusiyalı mütəxəssis daha çox millimizə uduzduqları görüşlə bağlı danışıb.
"Mən posta gəlməmişdən əvvəl gəlməmişdən əvvəl Qazaxıstan millisinin son iki oyununa baxdım. Ermənistan və Azərbaycana qarşı keçirilmiş matçları izlədim. Təbii ki, sevmədiyim anlar oldu. Azərbaycanla matçda 2:0 öndə idilər. İstənilən halda, 2:0 öndəsənsə, nə qədər çətin olsa da, nəticəni qorumaq lazımdır. Lakin sonda məğlubiyyətlər üzləşdilər".
Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstanla yoxlama matçında ilk yarını 1:2 məğlub tamamlasa da, sonradan iki qol vuraraq qələbə qazanmışdı.
saytlarin hazirlanmasi