Niderland millisinin üzvü Coşua Zirkzeenin yeni sezona hansı komandada başlayacağı dəqiqləşib.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Bolonya"nın futbolçusu "Mançester Yunayted"ə keçidə razılıq verib.
23 yaşlı forvard ötən mövsüm A seriyasında 37 matçda iştirak edib. Onun aktivində 12 qol və 7 asist var.
Zirkzee əvvəllər "Bavariya", "Anderlext", "Parma", "Feyenoord" komandalarında oynayıb.
saytlarin hazirlanmasi