"Arsenal" Yakub Kivioru satmağa hazırdır.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, London təmsilçisi polşalı üçün gələcək təklifləri gözdən keçirəcək.
24 yaşlı müdafiəçi hazırda "Yuventus"un maraq dairəsindədir.
Turin klubunun yeni baş məşqçisi Tiaqo Motta "Spetsia"dan tanıdığı Kivoru bu dəfə "Yuventus"a dəvət etməyi planlaşdırır.
Kivior "Jilina", "Spetsiya"da oynadıqdan sonra 2023-cü ildə "Arsenal"a keçib. O, 2028-ci il iyunun 30-na qədər "Arsenal"a məxsusdur.
saytlarin hazirlanmasi