MLS klubu “Atalanta”ya 11 milyon avro təklif etdi

11:34 - 10 İyul 2024

“Atlanta” Rusiya millisinin futbolçusu Aleksey Mirançuku heyətinə qatmağı planlaşdırır.

Sportal.az “Tuttomercato”ya istinadən xəbər verir ki, MLS təmsilçisi rusiyalı üçün “Atalanta”ya 11 milyon avro təklif edib. 

Ötən həftə aparıcı oyunçusu Tyaqo Almadanı “Botafoq”ya 19,5 milyon avroya satan ABŞ klubu onu məhz Mirançukla əvəzləmək istəyir.

28 yaşlı yarımmüdafiəçinin xidmətində “Di Si Yunayted” də maraqlıdır. 
 

Xəbər xətti