Fransa millisinin üzvü "Milan"da

13:49 - 12 İyul 2024

Fransa millisinin üzvü Yusuf Fofana "Milan"a keçməyə hazırlaşır.  

Sportal.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, "rossonyerlər" "Monako"nun yarımmüdafiəçisi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

25 yaşlı futbolçu "Milan"da ilinə 2,5 milyon avro maaş alacaq. Onunla 5 illik müqavilə imzalanacaq.

Klublar arasında da danışıqlar müsbət yekunlaşarsa, keçid həll olunmuş sayılacaq.

"Monako" Fofana üçün 25 milyon avro tələb edir. "Milan" isə 20 milyon avro ödəməyə hazırdır.

25 yaşlı futbolçunun "Monako" ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Fransalı "Starsburq" yetirməsidir.

Xəbər xətti