İngiltərənin "Mançester Yunayted" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Conni Evansın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mərkəz müdafiəçisi 2024/2025 mövsümünün sonuna kimi "qırmızı şeytanlar"ın formasını geyinəcək.
Qeyd edək ki, Conni Evans "Mançester Yunayted"in yetirməsidir. Şimali İrlandiya milli komandasının üzvü ötən mövsüm Mançester təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi