İtaliyanın "İnter" klubu baş məşqçi Simeone İnzaqi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi italyan mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İnzaqi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Simeone İnzaqi 2021-ci ilin iyun ayında "İnter"in baş məşqçisi təyin olunub. Milan təmsilçisi 2023/2024 mövsümündə 48 yaşlı məşqçinin rəhbərliyi altında İtaliya çempionu olub.
saytlarin hazirlanmasi