Ceydon Sançonun "Mançester Yunayted"dəki gələcəyi müəyyənləşib.
Sportal.az xəbər verir ki, daha əvvəl ingiltərəli futbolçunu satmaq istəyən Premyer Liqa təmsilçisi qərarını dəyişib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
24 yaşlı vinger baş məşqçi Erik ten Haqla görüşüb. Niderlandlı mütəxəssis Sançonu heyətdə düşündüyünü bildirib. Futbolçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, Ceydon Sanço ötən mövsümün ikinci yarısını icarə əsasında "Borussiya"da keçirib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin yayında başa çatır.
saytlarin hazirlanmasi