İngiltərə Futbol Federasiyası milli komandanın baş məşqçisi Qaret Sautqeytlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, federasiya 53 yaşlı mütəxəssisin yığmada qalmasını istəyir. Bu insayder Fabritsio Romano məlumat yayıb.
İngilislər Sautqeyti 2026-cı ildə baş tutacaq dünya çempionatına kimi komandada saxlamağı planlaşdırır. Avro-2024-ün İspaniya ilə keçiriləcək final görüşünün nəticəsi də baş məşqçinin gələcəyinə təsir etməyəcək.
Qeyd edək ki, Qaret Sautqeyt 2016-cı ilin sentyabr ayından İngiltərə seçməsini çalışdırır. Milli onun rəhbərliyi altında Avro-2020 və Avro-2024-də finala yüksəlib.
saytlarin hazirlanmasi