Azərbaycan millisinin üzvü qərarını verməyib - Cənubi Koreya və Azərbaycan klubları onu istəyir

16:43 - 14 İyul 2024

16-43 Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin yeni sezona harada başlayacağı hələ ki, dəqiq deyil. Yarımmüdafiəçinin xidmətində Türkiyə klubları maraqlıdır. Amma o, Türkiyə klublarından birinə keçərsə, artıq legioner kimi oynayacaq. Məsələ burasındadır ki, TFF ötən mövsüm türk dövlətlərindən olan futbolçuların yerli statusunda oynamağına qərar vermişdisə, artıq bu qərar dəyişdirilib.

Sportal.az saytına verilən məlumata görə, birinci liqa klublarından təklif alan Diniyev qərar verməkdə tələsməyib. Azərbaycan Premyer Liqasında yarışan klubların da diqqət mərkəzində olan Coşqunun “Neftçi” və “Araz-Naxçıvan”ın da istədiyi oyunçulardandır.

Yaxın günlərdə onun 2024/2025 mövsümündə hansı komandada oynayacağı dəqiqləşəcək. Diniyev “İnter”(indiki “Şamaxı”), “Qarabağ”, “Sabah”, “Zirə” və “Ümraniyespor”da oynamışdı.

Rusiya, İran, Cənubi Koreyaya yollanmaq ehtimalı da az deyil.

Xəbər xətti