Azərbaycanda legioner həyatı yaşamış portuqaliyalı futbolçulardan Antonio Semedo Sportal.az saytına açıqlama verib.
"Kasa Pia", "Eştrela Amadora", "ÇFR Kluj", "Styaua", "Xəzər Lənkəran"la yanaşı Portuqaliyanın U-21 yığmasında da çıxış etmiş Semedo Fernando Santuş barədə danışıb.
Hazırda aktiv futbolçu karyerasını davam etdirməyən və İngiltərənin paytaxtı Londonda yaşayan portuqal həmyerlisinin Azərbaycan millisində nələr edə biləcəyini açıqlayıb:
"Fernando Santuş Portuqaliyada ən yaxşı məşqçilərdən biridir. O, yaxşı komandalarda, özü də çox yaxşı səviyyədə işləyib. Çalışdırdığı komandaların da çox yaxşı oyun stili olub. Portuqaliya millisindən əlavə, ölkənin üç böyük klubu - "Porto", "Benfika", "Sportinq"də işləyib. Portuqaliya millisi ilə uğur qazanan yeganə məşqçidir. Yeri gəlmişkən, Yunanıstanda da yaxşı iş ortaya qoymuşdu. Bu ölkənin həm millisində, həm də böyük klublarından olan AEK-də əla iş ortaya qoymuşdu. Çox təəssüf ki, mən onunla çalışmamışam. O, mənim sabiq komandam olan "Eştrela Amadora"nı çalışdırıb. Santuş ayrıldıqdan iki il sonra mən bu kluba keçmişdim. Onunla işləmiş komanda yoldaşlarım deyirdi ki, Santos əla məşqçidir. Santuşun Azərbaycan millisində uğurlu olacağını inanıram və bunu çox istəyirəm".
saytlarin hazirlanmasi