İtaliya A seriyasına geri qayıdan və 2024/2025 mövsümündən yüksək liqada mübarizə aparacaq "Komo" heyətini gücləndirməyə davam edir.
Sportal.az xəbər verir ki, klub İspaniya millisinin sabiq qolkiperi Pepe Reyna ilə müqavilə imzalayıb.
42 yaşlı futbolçu “Komo” ilə bir illik müqaviləyə qol çəkib. Fransa millisinin sabiq üzvü Rafael Varanın da yaxın günlərdə İtaliya klubuna keçəcəyi gözlənilir.
Vaxtı ilə “Vulverhempton”dan ayrılaraq “Komo”ya keçmiş Patrik Kutrone isə klubla müqavilə müddətini 2028-ci ilin yayına kimi artırıb.
Varan son mövsümü "Mançester Yunayted"də, Pepe Reyna isə "Vilyarreal"da keçirib.
saytlarin hazirlanmasi