Danimarka millisinin üzvü Kristian Eriksen "Mançester Yunayted"i tərk edəcək.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, təcrübəli futbolçu bu yay Mançesterdən ayrılacaq.
Onun Türkiyəyə yollanmaq ehtimalı yüksəkdir.
Belə ki, "Beşiktaş"ın Erikseni heyətinə qatmaqda israrlı olduğu bildirilir.
Eriksen 2023/2024 mövsümündə "Mançester Yunayted"də 28 matça çıxıb, 1 qol vurub və 3 asist edib.
Onun "qırmızı şeytanlar"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi