Avstriya millisinin qolkiperi Metyu Rayan “Roma”ya keçməyə yaxındır.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı qapıçı artıq İtaliya klubuna keçidə razılıq verib.
Bu yay qapı xəttini gücləndirmək istəyən “canavalar” problemi Rayanla həll etmək istəyir.
Metyunun “AZ Alkmaar”la müqavilə müddəti iyunun sonunda başa çatıb.
O, karyerası ərzində “Sentral Kost Mariners”, “Brügge”, “Valensiya”, “Genk”, “Brayton”, “Arsenal”, “Real Sosyedad”, “Kopenhagen” klublarının qapısını qoruyub.