Fransa millisinin müdafiəçisi "Milan"da qalacaq

13:34 - 15 İyul 2024

Fransa millisinin müdafiəçisi Teo Hernandez "Milan"da qalacaq.

Sportal.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, fransalı futbolçu Avropa və Səudiyyə Ərəbistanı klublarından təklif alsa da, Milanı tərk etmək niyyətində deyil.

Yaxın vaxtlarda tərəflər arasında danışıqlar başlayacaq. Teo 2019-cu ildən "Milan"da çıxış edir. Bu müddət ərzində futbolçu bütün turnirlərdə 157 oyun keçirib və 27 qol vurub.

Teonun “rossonyerlər”lə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Milan"ın yeni müqaviləyə əsasən futbolçunun maaşını xeyli artıracağı gözlənilir.
 

Xəbər xətti