Bu gün qadın futbol üzrə Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində B1 qrupunda son oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun rəhnərlik etdiyi kollektiv səfərdə İsveçrə yığması ilə qarşılaşacaq.
21:00 İsveçrə– AZƏRBAYCAN
Lozanna, Olimpiya Stadionu
Baş hakim: Miriama Boçkova (Slovakiya).
Qrupun digər oyununda isə Macarıstan Türkiyəni qəbul edəcək:
21:00 Macarıstan – Türkiyə
Millimiz bundan əvvəl qrupda Macarıstan (1:1, 0:5), Türkiyə (0:1, 1:0) və İsveçrə (0:4) ilə oynayıb. Yığma komandamız 4 xalla qrupda sonuncu pillədədir. İsveçrə 12 xalla liderdir. Macarıstan 7 xalla ikinci, Türkiyə 6 xalla üçüncüdür.
saytlarin hazirlanmasi