İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis tutduğu vəzifədən istefa verib. Bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İngilis məşqçi Avro-2024-ün finalında İspaniya yığmasına məğlubiyyətdən sonra postunu tərk edib.
Qeyd edək ki, Qaret Sautqeyt 2016-cı ilin sentyabr ayından etibarən İngiltərə millisini çalışdırırdı. Komanda onun rəhbərliyi altında 102 oyuna çıxıb. İngilislər Avro-2020 və Avro-2024-də final oynayıb.
saytlarin hazirlanmasi