"Everton" Martin Breytveyti transfer etməyi planlaşdırır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, danimarkalı hücumçu ilə danışıqlara start verilib.
Mersisayd təmsilçisi 2025-ci il iyunun 30-da klubla müqaviləsi başa çatan və onu yeniləmək istəməyən Dominik Kalvert-Lyuini məhz Martinlə əvəzləmək istəyir.
"Everton" ötən mövsümü 40 xalla İngiltərə Premyer Liqasında turnir cədvəlini 15-ci pillədə başa vurub.
33 yaşlı forvard "Esbyerq", "Tuluza", "Midlsboro", "Bordo", "Leqanes", "Barselona"da oynadıqdan sonra 2022-ci ildə "Espanyol"a keçmişdi. Hazırda isə danimarkalı azad agent statusu daşıyır.
saytlarin hazirlanmasi