Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsində

09:34 - 17 İyul 2024

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının birinci pley-off mərhələsinə vəsiqə qazanıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, yer aldığı B Liqasının 1-ci qrupunda 4 xalla dördüncü yeri tutan millimiz final mərhələsində iştirak şansını davam etdirir. Komanda B Liqasının qruplarında ən yaxşı dördüncü yerin sahibi kimi bu hüquqa yiyələnib.

İyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan milli komandasının rəqibi B Liqasında yoluna davam edən digər 11 iştirakçı arasında ən yüksək reytinqlilərdən biri olacaq.

Birinci pley-off mərhələsinin oyunları oktyabrın 23-də və 29-da keçiriləcək. 6 cütün qalibi ikinci pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xəbər xətti