FİFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

12:58 - 18 İyul 2024

FİFA milli komandalarının iyul ayı üçün yenilənmiş reytinq cədvəli açıqlanıb.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası 1179,88 xalla 111-ci yeri tutaraq, mövqeyini qoruyub.

Əvvəlki iyun yeniləməsindən bu yana keçən müddət ərzində milli heç bir oyun keçirməyib. Cədvəldə qonşuları ilə də heç bir dəyişiklik baş verməyib. Azərbaycanın ən yaxın təqibçisi Mavritaniya (1177,5), Şimali Koreyas isə yenə də yuxarıdadır (1183,96).

Millinin Millətlər Liqasının C1 qrupunda yer alan rəqibləri isə belə sıralanıb: İsveç – 29-cu yer (1522,19), Slovakiya – 44-cü (1479,07), Estoniya – 123-cü (1146,47).

İlk onluq isə belədir: Argentina (1901,48), Fransa (1854,91), İspaniya (1835,67), İngiltərə (1812,26), Braziliya (1785,61), Belçika (1772,44), Portuqaliya (1741,43), Kolumbiya (1723), İtaliya (1727). 1714.29).

Xəbər xətti