"Real" millinin müdafiəçisinin keçidini həll etdi

13:43 - 18 İyul 2024

"Real" heyətini gücləndirməyə davam edir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" Kilian Mbappedən sonra İngiltərə millisinin üzvünün də keçidini həll etməyə çalışır.

Söhbət "Liverpul"un futbolçusu Trent Aleksander-Arnolddan gedir.

Amma ingilis futbolçu bu yay yox, gələn yay "Real"ın düşərgəsinə qoşulacaq.

İspaniya nəhəngi 25 yaşlı futbolçunu azad agent kimi heyətinə qatacaq.

Arnold 2016-cı ilin iyul ayından “Liverpul”da çıxış edir. 

Xəbər xətti