"Yuventus"dan yeni transfer

11:34 - 19 İyul 2024

"Yuventus” heyətinə kolumbiyalı müdafiəçi cəlb edib.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi “Verona”dan Xuan Kaballa anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Qoca sinyora" 23 yaşlı müdafiəçi üçün qarşı tərəfə 12,8 milyon avro ödəyib. Müqavilə 30 iyun 2029-cu il tarixinədək qüvvədə olacaq. 

Xuan Kabal Kolumbiyanın "Atletiko Nasional" klubunun yetirməsidir. “Verona” onu 2022-ci ilin avqustunda 3,5 milyon avro qarşılığında transfer etmişdi. 
 

Xəbər xətti