İtaliya A Seriyasına yüksələn "Komo" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, komandanı Sesk Fabreqas çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı ispan mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sesk Fabreqas futbolçu karyerasını 2023-cü ilin yayında "Komo"da bitirib. Keçmiş yarımmüdafiəçi İtaliya klubunun akademiyasında məşqçiliyə başlayıb. O, 2023-cü ilin dekabrından isə "Kimi"da köməkçi məşqçi kimi çalışıb.
saytlarin hazirlanmasi