İtaliya millisinin üzvü paytaxt klubunda oynayacaq

09:34 - 20 İyul 2024

İtaliyanın “Latsio” klubu heyətinə yeni futbolçu qatıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Fiorentina"dan azad agent kimi ayrılan Qaetano Kastrovilli ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, “qartallar”la bir mövsümlük müqavilə imzalayıb. Kastrovilli “Bari”, “Kremoneze”  klublarının yetirməsidir. Ötən mövsüm yarımmüdafiəçi A Seriyasında 6 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 7 milyon avro olaraq qiymətləndirilir. 2017-2024-cü illərdə “Fiorentina”da oynamış Kastrovilli 111 matça çıxıb 12 qol vurmuşdu.

27 yaşlı futbolçu 2019-cu ildə İtaliya millisində debüt edib.

 

Xəbər xətti