"Mançester Yunayted" ümidləri doğrultmayan Antoni ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı futbolçunu icarəyə vermək istəyir. Bu barədə ESPN məlumat yayıb.
"Qırmızı şeytanlar" 24 yaşlı vingeri onun həftəlik 70 min funt-sterlinq olan maaşını ödəyəcək bir kluba göndərəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Antonini 2022-ci ilin avqust ayında "Ayaks"dan transfer edib. Braziliya millisinin üzvü ötən mövsüm İngiltərə klubunun heyətində meydana çıxdığı 38 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi