Emil Smit Rouya "Arsenal"da qalmaq üçün daha bir şans verilib.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "topçular"ın çalışdırıcısı Mikel Arteta ingilis futbolçunun komandada qalmasına razı olub.
O, komandanın ABŞ-da mövsümöncəsi təlim-məşq toplanışında iştirak edəcək.
23 yaşlı futbolçunun "Arsenal"da qalıb-qalmayacağına məhz toplanışdan sonra qərar veriləcək.
Emil Smit Rou son mövsümdə London klubunda 19 matça çıxıb, 2 məhsuldar ötürmə edib.
"Arsenal"ın yetirməsi "Leyptsiq" və "Haddersfild" klublarında icarə əsasında oynayıb.
saytlarin hazirlanmasi