Azərbaycan bu gün Ermənistanla qarşılaşacaq

10:22 - 21 İyul 2024

Pitestidə (Rumıniya) basketbol üzrə B divizionunun (U-20) gənclər arasında Avropa çempionatı başa çatmaq üzrədir.

Sportal.az xəbər verir ki, çempionatın son günündə Azərbaycanın kişilərdən ibarət yığması Ermənistan komandası ilə 19-cu yer uğrunda görüş keçirəcək.

Oyuna saat 14:00-da start veriləcək.

Xatırladaq ki, bundan əvvəl yığma komandamız beş oyunun hamısında uduzub.

Xəbər xətti