Danimarka millisinin və "Tottenhem"in futbolçusu Pyer-Emil Heyberq böyük ehtimalla yeni sezona Fransada başlayacaq.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, yarımmüdafiəçi "Marsel"lə anlaşıb.
"Qalatasaray" və "Fənərbaxça"nın da transfer etmək istədiyi skandinaviyalı "Marsel"ə icarəyə veriləcək.
Mövsümün sonunda isə Liqa 1 təmsilçisi onun transfer hüququna sahib çıxa bilər.
Onun “Tottenhem”lə müqavilə müddəti gələn ilin yayında başa çatır. O, karyerası ərzində “Bavariya”, “Ausburq”, “Şalke”, “Sauthempton” klublarında oynadıqdan sonra 2020-ci ildə “Tottenhem”ə keçib.
saytlarin hazirlanmasi