Portuqaliya qadınlardan ibarət futbol üzrə milli komandasının baş məşqçisi Fransisko Neto AVRO-2025-in seçmə mərhələsinin 1-ci pley-off mərhələsinin püşkatma mərasimindən sonra Azərbaycana qarşı keçiriləcək oyunlardan gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, yerli federasiyanın mətbuat xidmətinə danışan portuqaliyalı mütəxəssis azərbaycanlı futbolçuların legioner həyatı yaşamasından bəhs edib:
"Azərbaycan millisi əskər futbolçuları ölkə xaricində çıxış etdiyi komandadır. Oyunçuları Türkiyə və Rusiyada oynayır. Azərbaycan qadın futbolunda ilk addımlarını atır və ilk dəfə pley-off mərhələsində oynayacaq. Bizim isə uzun yolumuz var. Etiraf etməliyik ki, biz favoritik, amma rəqibimizə maksimum hörmətlə yanaşırıq. Çünki 10 il əvvəl Azərbaycanın indiki vəziyyətində idik. Lakin sonda Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdıq. Biz bu komandaya böyük hörmətlə yanaşırıq. Azərbaycan yığması adətən 4-3-3 və ya 4-5-1 sxemi ilə oynayırlar".
Qeyd edək ki, Azərbaycan və Portuqaliya yığmaları arasında oyunlar oktyabrın 23 və 29-da keçiriləcək.
saytlarin hazirlanmasi