"Mançester Siti"nin 33 yaşlı hücumçusu Kevin De Bruyne Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçməyə razılaşıb.
Sportal.az xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb.
Hazırda İngiltərə klubu ilə "Əl-İttihad" arasında danışıqlar davam edir. Daha öncə isə “Mançester Siti”nin De Bruyne ilə yollarını ayırmağa razı olduğu bildirilirdi.
Xatırladaq ki, yarımmüdafiəçi 2015-ci ildən "şəhərlilər”in formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 382 matçda iştirak edib, 102 qol vurub, 170 məhsuldar ötürmə edib. Belçikalının Premyer Liqa klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.