Millimizin sabiq üzvü aşağı liqa klubunda

09:17 - 22 İyul 2024

Azərbaycan millisinin sabiq müdafiəçisi Tərlan Quliyev özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu Birinci Liqada çıxış edən "İmişli" ilə anlaşıb.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Quliyevlə razılaşmanın detalları açıqlanmayıb.

Onun son komandası "Turan Tovuz" olub. Əvvəllər isə təcrübəli futbolçu "Neftçi”, “Qarabağ”, “Kəpəz” komandalarında oynayıb. 

Xəbər xətti