Azərbaycan millisinin kapitanı "Krasnodar"da

10:19 - 23 İyul 2024

Azərbaycanın qadınlardan ibarət futbol yığmasının kapitanı Sevinc Cəfərzadə Rusiyanın "Krasnodar" klubuna qayıdıb.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Eastern Flames" klubundan ayrılıb.

O, icarə əsasında oynadığı klubda qalası olmayıb.

Belədə, onun müqavilə ilə məxsus olduğu "Krasnodar"a dönüşü baş tutub.

Amma Sevincin yeni sezona harada başlayacağı gələn təklifləri dəyərləndirməsindən sonra bəlli olacaq.

Xəbər xətti