"Yuventus"un forvardı Matias Sule komandadan ayrılmağa hazırlaşır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Vest Hem" argentinalı futbolçu üçün 35 milyon avro ödəyəcək.
Turin təmsilçisi 21 yaşlı forvardı icarəyə yollamağa da hazırdır.
Argentinalı hücumçu 2026-cı il iyunun 30-na qədər “Yuventus”a məxsusdur. 2021-ci ildən “qoca sinyora”ya məxsus forvard ötən mövsümü “Frosinone”də icarə əsasında keçirib və 36 matça 11 qol vurub.
saytlarin hazirlanmasi