Braziliya millisinin və "Tottenhem"in hücumçusu Riçarlison karyerasını Səudiyyə Ərəbistanına yollana bilər.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "Əl-Əhli" braziliyalı forvard üçün hərəkətə keçib.
Artıq klublar arasında danışıqlar gedir.
"Tottenhem" 27 yaşlı futbolçusu üçün 71 milyon avro istəyir.
Riçarlisonun özü isə Avropada qalmaq niyyətindədir.
Onun London klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
O, ötən mövsüm 31 matçda iştirak edib, 12 qol vurub və 4 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi