“Real” və Braziliya millisinin üzvü Vinisius Junior “Mançester Yunayted”ə keçməyə hazırlaşır.
Sportal.az “Defensa Central”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” braziliyalı üçün 230 milyon avro ödəməyə hazırdır.
Premyer Liqa təmsilçisi Vinisiusa 5 illik müqavilə təklif edəcək. Vinisius özü isə illik 200 milyon avro maaş qazana bilər. Lakin yarımmüdafiəçi özü hələ ki, komandanı tərk etmək haqda düşünmür.
Vinisius “Real”da ötən mövsüm 39 oyunda 24 qol vurub, 11 asist edib.