"Mançester Yunayted" və "Vest Hem" mərakeşlini istəyir

14:34 - 24 İyul 2024

"Mançester Yunayted" "Bavariya"nın müdafiəçisi Nossair Mazraui ilə maraqlanır.

Sportal.az "Sky Sport Germany" portalına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Bavariya"nın 26 yaşlı sağ cinah müdafiəçisi üçün hərəkətə keçib.

Mərakeşli futbolçunu istəyən digər komanda isə "Vest Hem"dir. "Bavariya" Mazraouini 30 milyon avroya satmaq istəyirdi. Amma ona marağın az olmasına görə, Münhen təmsilçisi 25 milyona da futbolçusunu satmağa razıdır.

Ötən mövsüm müdafiəçi bütün yarışlarda 29 matçda iştirak edib və 4 asistlə yadda qalıb.

Mazraouinin "Bavariya" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti