Rusiya mətbuatında yerli çempionatda yeri görünən məşqçilər haqda yazı dərc edilib.
Sportal.az "Чемпионат"a istinadən xəbər verir ki, rusiyalı həmkarlarımız "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevi də unutmayıblar:
"Kurban Berdıyev nə qədər təsirli layihələr yaradıb! "Rubin"lə iki çempionluq və Rusiya kubokunu qazandı, Avropa yarışlarında nəhəngləri məğlub etdi. "Rostov"da gümüş medal qazandı, komandanı Çempionlar Liqasına yüksəldi. Bugünkü "Dinamo"(Mahaçqala) da məhz bu məşqçinin əməyi sayəsində Premyer Liqada mübarizə aparır. 71 yaşlı mütəxəssisin elitaya qayıtmasını gözləyirdik. Lakin o, qəfil yolun yarısında dayandı və Azərbaycan çempionatına yollanmaq qərarını verdi. Maraqlıdır, həqiqətənmi, Berdıyevin karyerasındakı son komanda Rusiya Premyer Liqası təmsilçisi deyil, “Turan-Tovuz” olacaq?".
Qeyd edək ki, 71 yaşlı çalışdırıcı ilə 2+1 illik müqavilə bağlanılıb. Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib. PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-21 mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.
saytlarin hazirlanmasi