"Mançester Siti"nin qolkiperi "Əl-İttihad"a doğru

12:18 - 24 İyul 2024

"Mançester Siti"nin qolkiperi Ederson Moraes Səudiyyə Ərəbistanına yollana bilər.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "Əl-İttihad" onun transferində maraqlıdır.

Hazırda ərəblər Edersonun transferi üçün "Mançester Siti"yə müraciət edib.

Braziliyalı bu kluba keçərsə, illik 25 milyon avro qazanacaq.

"Əl-İttihad" rəsmiləri onunla üç illik müqavilə imzalamaq niyyətindədir.

2017-ci ildən “Mançester Siti”də çıxış ediedən qolkiperin "şəhərlilər"lə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 

Xəbər xətti