"Əl-İttihad" "Milan"ın futbolçusunu transfer etməyi planlaşdırır

13:48 - 24 İyul 2024

"Milan"ın futbolçusu İsmael Bennaser İtaliyanı tərk edəcək.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, əlcəzairli futbolçunun xidmətində "Əl-İttihad" maraqlıdır.

Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi yarımmüdafiəçi üçün "Milan"a müraciət ünvanlayıb. 

Hazırda tərəflər arasında danışqılar davam edir. "Rossonyerlər" Bennaser üçün 50 milyon avroya istəyib.

26 yaşlı futbolçunun "Milan"la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. O, "Arles Avinyon", "Tur", "Empoli"də oynayıb.

Xəbər xətti