Santuşun Bakıya gələcəyi tarix bəlli oldu - Klublarımızın oyunlarını canlı izləməyi planlaşdırır

14:34 - 25 İyul 2024

Azərbaycan milli komandasının portuqaliyalı baş məşqçisi Fernandu Santuş yaxın günlərdə Bakıya qayıdacaq.

Sportal.az saytına verilən məlumata görə, təcrübəli mütəxəssisin iyulun 28-də paytaxtımıza uçaçaq.

69 yaşlı mütəxəssisin Azərbaycana tək gəlməyəcəyi, köməkçiləri və ailələri ilə birlikdə səfərə hazırlaşdığı bildirilir.

Qarşıdakı həftə Santuş avrokuboklarda çıxış edən klublarımızın oyunlarını stadiondan canlı izləyəcəyi də gözlənilir.

Qeyd edək ki, AFFA portuqaliyalı ilə 3+1 illik müqavilə imzalayıb.

Xəbər xətti