"Arsenal"ı "Fulhem"ə dəyişir

15:54 - 25 İyul 2024

"Arsenal"ın futbolçusu Emil Smit-Rou komandasını dəyişəcək.

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, ingilis futbolçunun xidmətində Londonun digər təmsilçisi olan “Fulhem” maraqlıdır.

“Fulhem” ona görə “Arsenal”a 35 milyon funt sterlinq ödəməyə hazırdır. Bu isə klub tarixində rekord transfer məbləği kimi yadda qalacaq.

23 yaşlı futbolçunun “topçular”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

“Arsenal”ın yetirməsi olan Emil “Leyptsiq”, “Haddersfild” klublarında icarə əsasında çıxış edib.
 

Xəbər xətti