Fransa millisinin sabiq üzvü Rafael Varan İtaliyada oynayacaq.
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi "Komo" ilə anlaşıb.
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat verib. "Mançester Yunayted"in keçmiş müdafiəçisi Rafael Varan ötən mövsümün sonunda B Seriyasından A Seriyasına yüksələn klubla iki illik müqaviləyə qol çəkib.
31 yaşlı futbolçu “Lans”, “Real”(Madrid) klublarında da oynayıb. O, 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olub.
saytlarin hazirlanmasi