Türkiyənin "Bandırmaspor" klubunun yeni futbolçusu Coşqun Diniyev Türkiyəyə yollanıb.
Sportal.az saytına verilən məlumata görə, Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi dünən İstanbul yaxınlığında təlim-məşq toplanışı keçirən yeni komandasının düşərgəsinə qoşulub.
Xatırladaq ki, Diniyevin Türkiyə Birinci Liqa klubu ilə bir illik müqavilə imzalayıb.
O, ötən mövsümü “Ümraniyespor”dan keçirib.
saytlarin hazirlanmasi