Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş klublarımızın avrokuboklardakı oyunlarını izləyəcək.
Sportal.az saytına verilən məlumata görə, portuqaliyalının izləyəcəyi ilk görüş də artıq bəllidir.
Portuqaliyalı mütəxəssis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – “Linkoln” görüşünə baxacaq.
69 yaşlı portuqaliyalı köməkçiləri ilə birlikdə matçın canlı şahidi olacaq.Qeyd edək ki, sözügedən görüş sabah Tofiq Bəhramov adına stadionda baş tutacaq və saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi