"Milan" "Roma"nın forvardı Temmi Abrahamı transfer etməyi planlaşdırır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, artıq tərəflər danışıqlara start verib.
"Roma" 2021-ci ildə Abraham üçün “Çelsi”yə 40 milyon avro ödəyib. Hazırda o, paytaxt klubunun baş məşqçisi Daniele De Rossinin planlarında yer almayıb. Onun özü də paytaxtı tərk edərək "Milan"a keçmək niyyətindədir.
26 yaşlı forvard İtaliya A Seriyasının son mövsümündə 8 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi